Blog Haqqında
Bu blogda gənc yazar Ayxan Kiçikbəyin hekayələri, şeirləri, köşə yazıları və eləcə də maraqlı digər yazılarla tanış ola bilərsiniz.
Axtarış
Açar sözlər
seir
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 276
Dünənki hit: 5
Bugünki hit: 1
Ümumi hit: 5266
Avqust 27, 2009 10:19 Yazar: Ayxan Kiçikbəy
İçəridə ins-cins yox idi.
Evdən nəsə pis bir iy gəlirdi. Hər yer it luvasındaydı. Səhər mən məktəbə gedəndə anam tanışımız olan Fatmagilə gedəcəyini demişdi. Onun nəyə görə getməsi məni heç də maraqlandırmasa da böyük ehtimalla onların yeni divan-kreslo almalarını təbrik edəcək, iki-üç saat gap edib, qiybət qırandan sonra evin yolunu tutacaqdı.Mən bu Fatma xalanı heç görməmişdim, amma anamın dediklərinə görə, başqasının arxasınca çox danışan, ancaq bunu heç vaxt üzə vurmayan, bir sözlə, saman altından su yeridənin biriydi.
Nə isə, mən bir az,beləcə evdə ayaq üstə durandan sonra özümə gəlib çarpayıya uzandım.Anam o qədər tələsik evdən çıxmışdı ki, televizoru da söndürməyi yadından çıxarmışdı. Televizorda da yenə həmişəki kimi hansısa mənasız bir serial gedirdi. Evdə tək olmağıma baxmayaraq heç darıxmırdım, ancaq çox acmışdım.
Davamı...
Hekayələr | | 89 baxış
Avqust 27, 2009 10:01 Yazar: Ayxan Kiçikbəy
Əslində mən bu yazını çoxdan yazmalıydım. Amma uşaq təfəkkürümün yetərsiz olduğunu, təcrübəsizliyimi, dərin biliyə malik olmadığıma görə bu mövzunu beynimin arxivindən bir müddət fırlatmalı oldum. Məktəbə başlayandan düz həmin partaların arxasında keçirdiyim on bir ili sona varana qədər bu mövzu beynimin dərinliklərində qalmaqda idi. Amma nə illah eləyirdim, komputerin qarşısına və yaxud boş vərəqə başımda dolaşan, məni bütün bu on bir ili əzaba salan bu mövzunu yazmaq, içimdəkilərdən bir dəfəlik qurtulmaq istəyimə müəyyəssər olmurdum. Gah da “əşşi, bu mövzu sənlik deyil, yaza bilmərəm”- deyib, təbimi söndürməyə çalışırdım. Lakin içimi yırtıb-dağıdan bu mövzunu imtahanları verib qurtarandan və universitetə daxil olandan sonra yazmağa başladım. Başladım deyəndə artıq yazıram...
Davamı...
Köşə yazıları | | 144 baxış
Avqust 4, 2009 13:51 Yazar: Ayxan Kiçikbəy
Şənbə günü idi. Axırıncı dərsdən çıxıb evə yollandım.Qapıya çatanda gördüm ki, anam qonşularla gap eləyir.Aha fürsətdi, gedib komputeri açım və oyun oynayım.Əgər anam evdə olsa idi, komputeri açmağıma imkan verməzdi.Ancaq indi gedib açsam bir-iki saat deyinəcək, sonra da kolidora çıxıb yenə qonşularla söhbət edəcəkdi.
Qapıdan içəri keçən kimi içimdən bir qorxu keçdi ki,bəlkə anam mənim komputerdə oyun oynadığımı hiss eləyib avtomatdan işığı keçirəcək.Çünki o öhdəmizdən gələ bilməyəndə həmişə belə edərdi.Bir neçə dəqiqə anamın mən tərəfə dönəcəyini gözlədim.Yox,ağzı gapa qızışmışdı, deyəsən kiminsə qiybətini qırırdılar.Söhbət ki,qibətdən getdi,daha gözlərinə heç nə görünməz.Bu da mənim işimə yarayırdı.O evə gələnə kimi bir-iki əl oynaya bilərdim.
Davamı...
Hekayələr | | 92 baxış
İyul 24, 2009 14:54 Yazar: Ayxan Kiçikbəy
Dostum Mirbəhram Əzimbəyliyə
Payız gəldi, tezliklə ağacların yarpaqları qızılı rəngə çaldı.Hələ havalar mülayim keçsə də oktyabrın axrında havalar dəyişdi və leysan yağışlar başladı. Soyuq rüzgar ötən yay xatirələrini payızın xəzan yarpaqları kimi qabağına qatıb harasa uzaqlara apardı.Üç-dörd gün davam edən qaşqabaqlı, tutqun havadan sonra göyün üzü açıldı.Günəş yenidən buludların dalından çıxıb həzin hənrini ətrafa saçmağa başladı. Binanın yaxınlığındakı parkda qızılı, qırmızıya çalan yarpaqlar toplu halında xalçaya bənzəyirdi və nədənsə adam bu yarpaqların üstü ilə saatlarca gəzişmək istəyirdi.Gün çırtdasa da asvaltın üstü, torpaq yağışdan sonra yaş idi.Hər yerdən yağışın qoxusu gəlirdi. Payızın ən gözəl vaxtı idi. Sevgililər məhz bu vaxtda parkda gəzir, hələ nəmi qurumamış skamyalarda oturub bir-birinə sinib qalırdılar.
Davamı...
Hekayələr | | 82 baxış
İyul 19, 2009 15:58 Yazar: Ayxan Kiçikbəy

Yeriyirəm,
Bom-boş küçələrin qaranlığında…
Aram-aram,
Yağır buz yağışı.
Həm də necə
Elə bil bu damlalar mənə pıçıldayır:
“O, dönəcək, o gələcək”.
Küçənin boş qalmış səkilərində
Özümü dənizdən uzaqda qalmış
balıqçı sanıram.
Davamı...
Maraqlı yazılar | | 138 baxış
İyul 19, 2009 15:41 Yazar: Ayxan Kiçikbəy
Artıq məktəbə çatmışdım ki, anamın bağırtısı hələ də qulaqlarımda cingildiyirdi.Səhər tezdən bu arvad bir az gözümüzü aldatmağa imkan verməz, çarpayının başını kəsdirb bar-bar bağırmalı, səs-küy salmalıdı ki yuxudan oyanaq.Daha zəngli saata-zada ehtiyac yoxdu. Onun səsini eşidən kimi gərək hamama cumub yuyuna, paltarını əsgər kimi bir dəqiqəyə geyinə,tələsik çay, çörəyini yeyib, yallah, məktəbə tərpənəsən.Başqa cür olmaz. Bir az ləngimək hay-harayla nəticələnə bilər. Gərək üzü sulu ikən vaxtında evdən sürüşəsən.
Gecə televizorda futbola baxdığımdan gec yatmışdım.Üstəlik azarkeşlık etdiyim komanda uduzduğundan uzun müddət yata bilmədim. Ona görə də indi yuxum gözümdən tökülürdü. Yeriyə-yeriyə sifətimi sillələyib özümü ayıltmağa çalışırdım ki, səki ilə deyib gülə-gülə məktəbə sarı gedən sinif uşaqlarımızı gördüm və yerimdən götürülüb onlara tərəf qaçdım.. Uşaqlarla təzəcə salamlaşırdım ki, Rauf əlini çiynimə aşıraraq məni qırağa çəkdi. Sanki biri bizə qulaq verəcəyindən ehtiyatlanırmış kimi ətrafa göz gəzdirdi, sonra mühüm bir sirr açırmış kimi Elşadın yenə bir qız sevdiyini söylədi.Guya təzə xəbərdi.Elşadın gündə bir qız istəməsini məktəbdə bilməyən yoxdu.Ancaq nədənsə sevgi işində onunku heç gətirmir, “yox” cavabını alandan sonra başqa qızın dalınca düşürdü.
Davamı...
Hekayələr | | 99 baxış
İyul 19, 2009 15:35 Yazar: Ayxan Kiçikbəy
Mirbəhrama
I məktub
Qardaş, əvvələn onu deyim ki, mən heç də məktub yazmaqdan həzz almıram.Düzdü, məktub çox yazmışam, amma bunun məktub yazmağı sevib-sevməməyimə heç bir dəxli yoxdur. Mən özümə yox, başqalarına (sinif yoldaşlarıma) bir xeyli sevgi məktubu yazmışam. Yalnız bircə dəfə öz sevdiyim bir qıza qorxa-qorxa məktub yazmışdım. Həmin məktubun məzmunu elə də yadımda deyil, amma bir onu bilirəm ki, o məktubu yazanda nə qədər əziyyət çəkmişdim. Demək olar ki, hər cümləsini bir on dəqiqə fikirləşmişdim. Nəticədə isə qız məktubu oxuyandan sonra şillə kimi məktubu yuxarı mərtəbədən aşağı fırıldatmışdı. O gündən qızlara inamım itdi.Amma sinif yoldaşlarıma yazdığım sevgi məktublarına olan rəğbət özümü belə paxıllandırdı. Ona görə də daha heç sevgi məktubu yazmıram. Amma bu haqda düşünmüşəm ki, hekayə yazım. Qismət olar, yazaram, oxuyarsan…
Davamı...
Məktublar | | 118 baxış
İyul 19, 2009 15:31 Yazar: Ayxan Kiçikbəy
Alikə, yəni Əli Əlioğluna
I məktub
Bilirsən, Əli, səndə nə xoşuma gəlir? Hər şeydə təbiisən. Özünü süniləşdirmirsən, bəzi düşük adamlar kimi. Mən həmişə sizin evə gələndə elə səni komputerin qabağında, əynində mayka nə isə qurdalandığını görəndə çox sevinirəm. Öz-özümə deyirəm ki, əsl şair belə azad və sərbəst olmalıdı. Amma düzünü deyim səni ilk dəfə görəndə dedim bu uşaq avara bir gəncə oxşayır. Şair olduğunu eşidəndə bir xeyli karıxmışdım. Amma indi səni tanıyıram. Əli, çalış həmişə bax belə sadə ol.
Davamı...
Məktublar | | 131 baxış
İyul 19, 2009 15:20 Yazar: Ayxan Kiçikbəy
Əvvələn onu deyim ki, atamın mənə tanış elədiyi öz şair dostlarına həmişə “əmi” deyə müraciət etmişəm. Elə indi də. Burda pis nə var ki? Onlar mənim əmim yaşdadılar. Əmimə “müəllim” deməyəcəm ki? Nə olsun ki, onlar şairdilər və ya yazıçıdırlar? Şair, yazıçı olanda nə olar ki? Guya indi şairə, yazıçıya hörmət bəsləyən, onları sayan var? Mən onları özümə doğma bir adam kimi hesab etdiyimdən “əmi” deyə müraciət edirəm. Mənim kimi düşünməyənlər də ola bilər. Buna hörmətlə yanaşıram.
Atam kimləri-kimləri: Əkrəm Əylislini, Mubariz Cəfərlini, Firuz Mustafanı, Adil Mirseyidi, Şərif Ağayarı, Çingiz Əlioğlunu, Rasim Qaracanı, Murad Köhnəqalanı, Kərəməti, Əjdər Olu, Elçin Hüseybəylini, Elxan Zal Qaraxanlını, Səlim Babullaoğlunu, Elçin Səlcuqu, Cavanşir Yusiflini, Xanəmiri, Tahir Kazımlını, ………..və……..Həzi Həsənlini mənimlə tanış edib.
Davamı...
Köşə yazıları | | 142 baxış
Yazılar cəmi: 14
Sonrakı səhifə »